Qazaxın anklav olmayan 4 kəndinin bu gün (mayın 15-də) Azərbaycanın tam nəzarətinə keçəcəyi ilə bağlı məlumatlar yayılıb. Hazırda bu ərazilərdə hansı prosesin baş verdiyi isə maraq doğuran məqamlardandır.
BUTA.TV xəbər verir ki, hərbi ekspert Ədalət Verdiyev Globalino.az-a açıqlamasında Qazaxın 4 kəndinin bu gün tam şəkildə Azərbaycanın nəzarətinə verildiyinin elan ediləcəyini bildirib.
“Həmin kəndlərdə delimitasiya və demarkasiya prosesinin başa çatdığını hesab edirəm. Çünki cəmi 12 km-lik sərhəd xəttinin demarkasiyası idi. Delimitasiya prosesi isə daha əvvəl başa çatdırılmışdı”, - o deyib.
Bu ərazilərdə ermənilərin yaşayıb-yaşamadığı ilə bağlı suala Ədalət Verdiyev belə cavab verib:
“Sözügedən kəndlərdə erməni sakinlər ümumiyyətlə mövcud olmayıb. Çünki bu ərazilər darmadağın vəziyyətdə idi. Evlərin bəzilərinin sadəcə bünövrəsi gözə dəyirdi. Bu kəndlər tarixi Azərbaycan torpaqlarıdır. Qarabağ kimi həmin ərazilər də öz sahiblərinə qayıdır”.
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı
- ABB-nin dəstəyi ilə 1 000 000 ağac əkilir
- Küləkli hava nə vaxtadək davam edəcək?
- WUF13: Bir sıra şəhərlərində tədbirlər təşkil olunacaq - Video
- 4 saylı cəzaçəkmə müəssisəsinin rəisi işdən çıxarıldı
- Azərbaycanın rəqəmsal transformasiya təcrübəsi qlobal səhnədə
- “Həzi Aslanov” stansiyası əvvəl və sonra... - Foto