Hazırda Naxçıvan Muxtar Respublikasında 99 min 695 ailə yaşayır ki, bu da ötən illə müqayisədə 643 ailə çoxdur.
BUTA.TV xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasında aztəminatlı ailələrə xüsusi qayğı ilə yanaşılması və ailələrə dəstək dövlətin diqqət mərkəzindədir. Ötən dövrdə muxtar respublikada müharibə veteranlarına, şəhid və qazi ailələrinə, eləcə də hərbi qulluqçuların və fəaliyyət göstərdiyi sahədə uğurları ilə seçilən şəxslərin ailələrinə mənzillər verilib. Belə ki, muxtar respublikada mövcud olan 488 şəhid ailəsindən 81-i, 514 qazi ailəsindən isə 245-i mənzillə təmin olunub. Həmçinin özünüməşğulluq proqramı çərçivəsində 1 398 ailə özünüməşğulluğa cəlb edilib.
- Bu gün Zərifə Əliyevanın doğum günüdür
- Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - Foto
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı
- ABB-nin dəstəyi ilə 1 000 000 ağac əkilir