Futbol üzrə Azərbaycan millisinin yeni baş məşqçisinin müəyyənləşəcəyi tarix bəlli olub.
BUTA.TV xəbər verir ki, bu barədə Reporta AFFA İcraiyyə Komitəsinin üzvü Səməd Qurbanov məlumat verib.
Onun sözlərinə görə, yığmada baş məşqçi məsələsi iyunun əvvəlində dəqiqləşəcək.
"Həmin vaxt iclasımız gerçəkləşəcək. Toplantıda hər şeyə aydınlıq gələcək", - deyə Səməd Qurbanov vurğulayıb.
Qeyd edək ki, italiyalı baş məşqçi Canni De Byazi 2023-cü ilin noyabrında Azərbaycan millisindən ayrılıb.
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı
- ABB-nin dəstəyi ilə 1 000 000 ağac əkilir
- Küləkli hava nə vaxtadək davam edəcək?
- WUF13: Bir sıra şəhərlərində tədbirlər təşkil olunacaq - Video