Ermənistana xidmət etmək üçün nə lazımdırsa edəcəyəm. Kanada vətəndaşlığından imtina da buna daxildir.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, bu sözləri İrəvanda keçirilən aksiyalara rəhbərlik edən Tavuş yepiskopu Baqrat Qalstanyan deyib.
Yepiskop baş nazir olmaq üçün Kanada vətəndaşlığından imtina etməsi ilə bağlı məsələyə aydınlıq gətirib:
“Kanada vətəndaşlığı mənim üçün sadəcə sənəd, pasport və həmin ölkədə yaşadığıma dair sübutdur. Buna görə onlara təşəkkür edirəm. O pasport mənə hər hansı xidmət müqabilində deyil, ruhani rəhbər kimi orada qalmağım üçün lazım olan bütün qanuni vasitələrlə verilib. Mənim o ölkədəki dini və siyasi icmalarda çox sayda dostlarım var. Lakin mən Ermənistana xidmət üçün nə lazımdırsa, etməyə hazıram. Əgər ehtiyac yaranarsa, Kanada vətəndaşlığından da imtina edərəm”.
Qeyd edək ki, Nikol Paşinyan hökumətinə bağlı olan “Haykakan Jamanak” qəzeti B.Qalstanyanın ikili vətəndaşlığı olduğu üçün ölkənin baş naziri postuna namizəd göstərilməsinin mümkün olmadığını yazmışdı.
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı
- ABB-nin dəstəyi ilə 1 000 000 ağac əkilir
- Küləkli hava nə vaxtadək davam edəcək?
- WUF13: Bir sıra şəhərlərində tədbirlər təşkil olunacaq - Video