Nikol Paşinyan rus hərbçilərinin Azərbaycan-Ermənistan sərhədindən çıxarılmasını Kremldən istəməklə İlham Əliyevin daha bir tələbini yerinə yetirmiş oldu.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, bu iddia ilə “Hraparak” nəşri çıxış edib.
Nəşr yazır ki, Rusiya hərbçilərinin Azərbaycan-Ermənistan sərhədindən çıxarılması rəsmi Bakının 44 günlük müharibədən sonra irəli sürdüyü təkliflərdən idi:
“Hazırda Ermənistan hakimiyyəti rusların sərhəddən çıxarılmasını İrəvanın qələbəsi kimi təqdim edir. Lakin bu, Nikol Paşinyanın Azərbaycan Prezidentinin daha bir tələbini yerinə yetirməsidir. Hələ iki ölkə arasında razılaşmanın detallarının təqdim edildiyi ilk vaxtda sənədin birinci nümunəsi bizə göndərildi. Orada dəqiq qeyd olunmuşdu ki, Azərbaycan iki ölkə sərhədində üçüncü ölkənin nümayəndələrinin olmamasını tələb edir. Beləliklə ruslar sərhədin Azərbaycanla olan hissəsindən çıxır, lakin Türkiyə və İranla olan hissədə qalırlar”.
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı
- ABB-nin dəstəyi ilə 1 000 000 ağac əkilir
- Küləkli hava nə vaxtadək davam edəcək?
- WUF13: Bir sıra şəhərlərində tədbirlər təşkil olunacaq - Video