Prezident Co Bayden Rusiya uranının ABŞ-a idxalını qadağan edən qanunu imzalayıb.
BUTA.TV xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
“Prezident Rusiyada və ya Rusiya müəssisəsi tərəfindən istehsal olunan şüalanmamış az zənginləşdirilmiş uranın idxalını qadağan edən “Rusiya uranının idxalını qadağan edən qanun”u imzalayıb”, - məlumatda deyilir.
Prezidentin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan isə bildirib ki, imzalanan qadağa mülki nüvə enerjisi sahəsində Rusiyadan asılılığı azaltmaqla ABŞ-ın enerji və iqtisadi təhlükəsizliyini gücləndirməyə kömək edəcək.
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı
- ABB-nin dəstəyi ilə 1 000 000 ağac əkilir
- Küləkli hava nə vaxtadək davam edəcək?
- WUF13: Bir sıra şəhərlərində tədbirlər təşkil olunacaq - Video