İran yüzlərlə ton nüvə xammalının tədarükü ilə bağlı Nigerlə gizli danışıqlar aparır.
BUTA.TV xəbər verir ki, bu barədə “Le Monde” qəzeti Qərb və Nigeriya mənbələrinə istinadən məlumat yayıb.
İddia edilir ki, təxminən 56 milyon avro dəyərində uran filizinin tədarükü ilə bağlı danışıqlar Fransa və ABŞ-ın kəşfiyyat xidmətlərinə məlum olub.
Qeyd edək ki, Nigerin Arlit şəhəri ərazisində uran yataqlarının işlənməsi daha öncə Fransanın dövlət şirkəti Orano tərəfindən həyata keçirilib. Fransanın həm nüvə silahı, həm də nüvə enerjisi istehsalı üçün ehtiyac duyduğu uran məhz bu yataqlardan gəlir.
- Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - Foto
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı
- ABB-nin dəstəyi ilə 1 000 000 ağac əkilir
- Küləkli hava nə vaxtadək davam edəcək?