İkisi azyaşlı olmaqla, beş ailə üzvünü amansızlıqla öldürməkdə ittiham olunan Əhməd Əhmədovun psixoloji vəziyyəti ilə bağlı yekun ekspertiza rəyi açıqlanıb.
BUTA.TV Trend-ə istinadla xəbər verir ki, prokurorluğun etirazı əsasında keçirilən budəfəki ekspertiza rəyi də Əhməd Əhmədovun anlaqsız olduğu qənaətinə gəlib.
Rəydə qeyd edilib ki, təqsirləndirilən şəxs hadisəni törədərkən anlaqsız vəziyyətdə olub.
Bundan əvvəlki ekspertiza rəyi də hazırkı ilə eyni olmuşdu.
Məlumatı Baş Prokurorluqdan təsdiqləyiblər.
Bundan sonrakı mərhələdə Ə.Əhmədova yekun ittiham elan ediləcək, cinayət işi baxılması üşün məhkəməyə göndəriləcək.
Məhkəmə də təqsirləndirlən şəxsin hadisəni anlaqız vəziyyətdə törətdiyi qənaətinə gəlsə, Əhməd Əhmədov cəzadan azad ediləcək. Lakin o, azadlığa buraxılmayacaq, barəsində ixtisaslaşmış tibb müəssisəsində məcburi müalicə təyin ediləcək.
- Bu gün Zərifə Əliyevanın doğum günüdür
- Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - Foto
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı
- ABB-nin dəstəyi ilə 1 000 000 ağac əkilir