Xalq artisti Afaq Bəşirqızı son zamanlar gündəmə çevrilən “Alatava” serialı ilə bağlı fikirlərini bildirib. OLAY yazır ki, sənətçi bu barədə “Söz-baz” verilişində danışıb və layihəni bəyəndiyini deyib.
“Axır zamanlarda uşaqlar həyati filmlər çəkirlər. Və həyati filmlərdə həmin o vəziyyətdə olan frazalardan istifad edirlər. Bunu artıq rus filmlərinin özündə də çoxdan istifadə edirlər. Mən Rasimi (red. – Xalq artisti Rasim Balayev) çox gözəl başa düşürəm. Biz artıq yaşlı adamlarıq. Biz gənclərə imkan verməməliyik ki, uğursuzluğa getsinlər. Filmlər çox keyfiyyətli çəkilib. Mən həmin o dəstənin bundan başqa filmlərinə də baxmışam.
Mənim şəxsən xoşuma gəlib. Bəlkə, mən də həyatda elə adamam. Mən əsəbiləşəndə, həqiqətin çılpaqlığını bildirmək istəyəndə, məndə olur. Amma bunu birdən-birə belə bir “hayla” qəbul etmək olmaz. Bizim o qədər “hayla” qəbul ediləsi işlərimiz var ki. İndi sən gəncə deyə bilməzsən. Əksinə, gənclər “Alatava” və başqa filmlərlə tərbiyələnəcəklər. Çünki o artıq çılpaqlığı, yoxluğu görür, ona görə də etməyəcək. Bu dəqiqə “eləmə” vaxtı deyil. “Eləsən bu olacaq” deyərək göstərmə vaxtıdır”, - deyə, o, söyləyib.
Qeyd edək ki, Xalq artistləri Rasim Balayev və Əli Nur ekran işini tənqid edərək bəyənmədiklərini demişdilər.
- Bu gün Zərifə Əliyevanın doğum günüdür
- Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - Foto
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı
- ABB-nin dəstəyi ilə 1 000 000 ağac əkilir