Gürcüstanın paytaxtı Tiflisdə və Acarıstan Muxtar Vilayətində turistləri soyan və dilənçilər şəbəkəsini idarə edən əcnəbilər də daxil olmaqla, 15 nəfər yaxalanıb.
BUTA.TV xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatında deyilir.
Bildirilib ki, saxlanılanlardan ən böyüyünün 61, kiçiyinin isə 16 yaşı var.
İstintaq müəyyən edib ki, saxlanılan şəxslər uşaq əməyinin istismarı üçün xüsusi sxem hazırlayıb övladlarını dilənməyə məcbur ediblər və pulu mənimsəyiblər.
Saxlanılan şəxsləri 17 ilə qədər həbs gözləyir.
- Bu gün Bakının bu rayonlarında qaz olmayacaq
- Bu gün Zərifə Əliyevanın doğum günüdür
- Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - Foto
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı