Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında danışıqların çətinliyini şişirtməyə ehtiyac yoxdur.
BUTA.TV xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Söhbətin çətinliyini şişirtməyə ehtiyac yoxdur. Təbii ki, ikitərəfli münasibətlərimizdə müəyyən problemli mövzular var. Amma digər tərəfdən, iki ölkə arasında qarşılıqlı əlaqə nə qədər sıx olarsa, ikitərəfli münasibətlər kompleksi nə qədər geniş olarsa, orada müxtəlif problemlər bir o qədər tez-tez yaranır və qarşımıza çıxır", - Peskov vurğulayıb.
O əlavə edib ki, Rusiya Rusiya-Ermənistan münasibətlərində yaranan problemlərin həlli perspektivlərinə nikbin baxmağın tərəfdarıdır.
- Bu gün Bakının bu rayonlarında qaz olmayacaq
- Bu gün Zərifə Əliyevanın doğum günüdür
- Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - Foto
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı