Türkiyənin İstanbul şəhərinin Əyyubsultan səmtindəki özəl bir liseydə çalışan İbrahim Oktuqan keçmiş şagirdi tərəfindən güllələnib.
Bu barədə BUTA.TV-a türkiyəli jurnalist Həsən Barın bildirib.
Barın qeyd edib ki, İbrahim Oktuqanın məktəbdən qovulan şagirdi tərəfindən güllələnməsinə görə ölkədə etirazlar artır. Belə ki, qətlə etiraz əlaməti olaraq bir neçə təhsil birliyinin müəllimləri 10 mayda dərslərə girməkdən imtina ediblər. Eyni zamanda mayın 10-da İzmirdə ortaq mətbuat konfransı keçirməyi planlaşdırırlar.
"Təhsil Bir Sən" Birliyinin üzvləri də ayrıca mayın 10-da Türkiyənin hər yerində müəyyən mərkəzlərdə toplanaraq mətbuata açıqlama verəcəklər.
Bütün təhsil birliklərinin hədəfi isə "Müəllimlərə şiddət qanunu"nun tez bir zamanda TBMM-də qəbulunu istəyirlər.
- Bu gün Bakının bu rayonlarında qaz olmayacaq
- Bu gün Zərifə Əliyevanın doğum günüdür
- Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - Foto
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı