Hazırda Rusiya-Gürcüstan sərhədini keçmək üçün 600-dən çox yük maşını növbə gözləyir.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Şimali Osetiya üzrə Baş İdarəsindən məlumat verilib.
“Hazırda Lars keçid məntəqəsindən Gürcüstana keçmək üçün dayanacaqlarda 260 böyük yük maşını, yollarda isə 355 yük maşını gözləyir”, - məlumatda qeyd olunub.
Bildirilib ki, Gürcüstanda əlverişsiz hava şəraiti ilə əlaqədar mayın 6-da saat 22:50-dən (Bakı vaxtı ilə 23:50) etibarən Hərbi Gürcüstan Yolu ilə yük daşımalarının hərəkəti müvəqqəti dayandırılıb.
Qeyd edək ki, Hərbi Gürcüstan Yolu Ermənistanın Rusiyaya yeganə quru marşrutudur.
- Bu gün Bakının bu rayonlarında qaz olmayacaq
- Bu gün Zərifə Əliyevanın doğum günüdür
- Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - Foto
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı