Kirant kəndinin icma başçısı Kamo Şahinyan mövqeyini 180 dərəcə dəyişib və aparılan işlərə görə hakimiyyətə təşəkkür edib.
BUTA.TV xəbər verir ki, bu barədə erməni mediası yazıb.
Şahinyan delimitasiya işlərinin tam müsbət məcrada getdiyini vurğulayaraq, kənddə hər şeyin qaydasında olduğunu bildirib.
Delimitasiyanın əleyhinə olan keşiş Baqrat isə 23 apreldə Şahinyanla görüşdüyünü, onun narazı olduğunu və istefa vermək istədiyini xatırladıb:
“Baxın nə deyir, hər şey tam müsbətdir, bizim xeyrimizədir. O, bu işi görən insanlara (təbii ki, həmin şəxs Nikol Paşinyandır) təşəkkür edir. Başa düşmək istəyirəm, bir neçə gündə nə dəyişdi?”
Qeyd edək ki, Baqrat başının dəstəsi ilə İrəvana yürüş edir.
- Bu gün Bakının bu rayonlarında qaz olmayacaq
- Bu gün Zərifə Əliyevanın doğum günüdür
- Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - Foto
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı