“Qazprom” və Ukrayna şirkəti arasında müqavilə 2024-cü ildə bitir. Yəni, bildiyiniz kimi, müqavilə siyasi və hərbi səbəblərə görə uzadıla bilməz. Ona görə də qazın Azərbaycandan alınmasına qərar verdik.
BUTA.TV xəbər verir ki, bunu Slovakiya Respublikasının Baş naziri Robert Fiko Azərtac-a və AzTV-yə müsahibəsində deyib.
“Ukrayna-Rusiya sərhədindən Azərbaycan qazını nəql etmək olar. Beləliklə, tranzit həcm 20 milyard kubmetr təşkil edər. Ukrayna-Azərbaycan-Rusiya əməkdaşlığı sayəsində bu qaz həmin boru ilə Mərkəzi Avropa istiqamətində gedə bilər. Cənab Prezident bu layihəyə maraqla yanaşdı, çünki sizin qazın tranziti üçün o böyük fürsətdir. Prezidentiniz əsl menecerdir, bu layihədən fayda götürməkdə təbii ki, maraqlıdır. Amma təbii ki, bu sahədə də danışıqlara və maliyyəyə ehtiyac var. Əminəm ki, bu unikal layihə Azərbaycan qazının Rusiya, Ukrayna və Slovakiya infrastrukturundan istifadə etməklə Avropaya daşınması üçün çox yaxşı marşrutdur. Bu layihə gözəl nəticələr verə bilər. Neft də Slovakiya üçün önəmlidir. Çünki biz tamamilə Rusiya neftindən asılıyıq. Bildiyiniz kimi, Bratislavada böyük neftayırma zavodu var. Sizin neftin keyfiyyəti də hazırda ölkəmizdə araşdırılır. Mən neft üzrə ekspert deyiləm. Amma sizin neft də seçimlərdən biridir və ola bilər. Buna görə də bu layihə üzrə irəliləmək lazımdır”, - Fiko bildirib.
- 13 yaşlı oğlan faciəvi şəkildə öldü
- Leyla və Arzu Əliyevalara "Qurani-Kərim” hədiyyə olundu
- Azad edilən bu ərazilərə növbəti köç karvanı yola salındı
- Bu gün Bakının bu rayonlarında qaz olmayacaq
- Bu gün Zərifə Əliyevanın doğum günüdür
- Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - Foto
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək