ABŞ Prezidenti Co Baydenin administrasiyası İsrailə siyasi mesaj göndərmək məqsədilə yüksək dəqiqlikli bombaların çatdırılmasını gecikdirir.
BUTA.TV xəbər verir ki, bu barədə “Politiko” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ səlahiyyətliləri yəhudi dövlətinə peyklə idarə olunan yüksək dəqiqlikli bombaların, JDAM komplekslərinin satışını hələ təsdiq etməyiblər.
Bildirilib ki, Vaşinqton administrasiyası potensial satışdan imtina etmir, lakin İsrailə siqnal göndərmək üçün silahların ötürülməsi prosesinin təsdiqlənməsini və digər aspektlərini gecikdirir.
Belə ki, demokrat Bayden İsrailə silah göndərməzdən əvvəl şərtlərin qoyulmasını tələb edən bəzi partiya üzvlərinin təzyiqi altındadır.
“Röyters”in iddiasına görə, ABŞ ən azı iki həftədir ki, tədarükü saxlayır.
- 13 yaşlı oğlan faciəvi şəkildə öldü
- Leyla və Arzu Əliyevalara "Qurani-Kərim” hədiyyə olundu
- Azad edilən bu ərazilərə növbəti köç karvanı yola salındı
- Bu gün Bakının bu rayonlarında qaz olmayacaq
- Bu gün Zərifə Əliyevanın doğum günüdür
- Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - Foto
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək