Aprelin 19-da kakao paxlasının qiyməti tarixi maksimuma çatıb. Həmin gün Nyu York birjasında bu məhsulun 1 tonunun qiyməti 11 722 dollar idi.
BUTA.TV xəbər verir ki, may ayında məhsulun qiymətində 30 faizə yaxın azalma olub. Hazırda kakao paxlasının 1 tonu təxminən 8400 dollara təklif edilir.
Son illərdə kakaonun 1 tonunun qiyməti 2500 dollar ətrafında dəyişib. Bu ilin ilk 4 ayında isə məhsul 4 dəfədən çox bahalaşıb. Xarici KİV-də bahalaşma və kəskin ucuzlaşmanın real səbəbi barədə məlumat verilib.
“Figaro”nun əldə etdiyi məlumata görə, beynəlxalq aktorlardan biri qiyməti 20 000 dollara qaldırmaq üçün məhsulu kütləvi şəkildə almağa başlayıb. Lakin digər böyük alıcılar əksinə, bütün alışları dayandırıblar və son nəticədə may ayında ciddi ucuzlaşma qeydə alınıb. Qiymətlərin bir qədər də aşağı düşəcəyi gözlənilir.
- Məleykə xanım bu xalqdan kimin və nəyin qisasını alır?..
- Ukrayna və İran müharibənin yeni reallığını ortaya çıxardı
- 1677 işçi müqaviləsiz çalışıb: 2,5 milyonluq cərimə...
- 13 yaşlı oğlan faciəvi şəkildə öldü
- Leyla və Arzu Əliyevalara "Qurani-Kərim” hədiyyə olundu
- Azad edilən bu ərazilərə növbəti köç karvanı yola salındı
- Bu gün Bakının bu rayonlarında qaz olmayacaq
- Bu gün Zərifə Əliyevanın doğum günüdür