London şəhərində çap olunan "The Guardian" qəzetində qərəzli məqaləyə cavab olaraq Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Elin Süleymanov tərəfindən sözügedən qəzetin redaksiyasına ünvanlanmış məktub dərc edilib.
Bu barədə BUTA.TV-a Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyindən bildirilib.
Qeyd olunub ki, Azərbaycan və Ermənistan müstəqillik əldə etdikdən sonra ilk dəfə münasibətlərin normallaşdırılması yönündə çox vacib razılaşma əldə ediblər. İki ölkə arasında sərhədlərin delimitasiyası ilə bağlı razılaşmanın beynəlxalq ictimaiyyət tərəfindən təqdir edildiyi, hər iki ölkənin rəhbərliyi tərəfindən dəstəkləndiyi halda "The Guardian" qəzetində dərc edilmiş məqalənin yersiz mənfi tonu mövcud reallığı əks etdirmir.
Müəllif sanki unutmuşdur ki, regionda hərbi əməliyyatların və qeyri-sabitliyin əsas səbəbi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış torpaqlarının Ermənistan tərəfindən 30 illik qanunsuz işğalı olmuşdur və hətta məqalədə 4 kəndin Ermənistan tərəfindən Azərbaycana qaytarılmasını "verilməsi" kimi təqdim etmişdir. Halbuki həmin kəndlər vaxtilə Ermənistan tərəfindən işğal edilmişdir və bütün mövcud xəritələr, o cümlədən Ermənistan rəsmiləri həmin ərazilərin Azərbaycana aid olduğunu təsdiq edir.
Ermənistanın regiondan kənarda müttəfiqlər üçün tarix boyu və uğursuz axtarışlar aparması ilə bağlı fikirlərində müəllif haqlıdır. Ancaq unutmamaq lazımdır ki, davamlı sülh yaxın qonşularla münasibətlərin normallaşmasını tələb edir. Müəllif onu da haqlı olaraq qeyd edir ki, etnik parçalanmanı alovlandırarmaq və qorxu yaratmaq məqsədilə məhz erməni separatçılar Azərbaycanın Qarabağ bölgəsinin etnik erməni sakininlərini yaşadıqları yerləri tərk etməyə təşviq ediblər.
Sonda bildirilib ki, Azərbaycan və Ermənistanın sülh yolunda əldə etdiyi diqqətəlayiq irəliləyişin jurnalistlər tərəfindən dəstəklənməsinin vaxtı çatıb.
- Məleykə xanım bu xalqdan kimin və nəyin qisasını alır?..
- Ukrayna və İran müharibənin yeni reallığını ortaya çıxardı
- 1677 işçi müqaviləsiz çalışıb: 2,5 milyonluq cərimə...
- 13 yaşlı oğlan faciəvi şəkildə öldü
- Leyla və Arzu Əliyevalara "Qurani-Kərim” hədiyyə olundu
- Azad edilən bu ərazilərə növbəti köç karvanı yola salındı
- Bu gün Bakının bu rayonlarında qaz olmayacaq
- Bu gün Zərifə Əliyevanın doğum günüdür