Macarıstanın xarici işlər naziri Peter Siyarto ölkəsinin Orta Asiya ilə dostluğuna görə vaxtilə Qərb tərəfindən tənqid olunduğunu deyib.
BUTA.TV xəbər verir ki, bu barədə o, Macarıstan və Özbəkistan Hökumətlərarası Komissiyasının iclasında bildirib.
“Biz Mərkəzi Asiyanı dost və maraqlı region kimi görürük. O vaxt bəzi qərbli həmkarlarımızın bizi tənqid etdiyini xatırlayıram. İndi isə nadir faydalı qazıntılara malik olduğunuz məlum olduqdan sonra Şərq və Qərb arasındakı tədarük marşrutlarının işə salınmasına qərar verilib. Bizi dostluğumuza görə tənqid edənlər indi özləri sizin ölkə ilə dost olmaq istəyirlər”, - Siyarto qeyd edib.
- Məleykə xanım bu xalqdan kimin və nəyin qisasını alır?..
- Ukrayna və İran müharibənin yeni reallığını ortaya çıxardı
- 1677 işçi müqaviləsiz çalışıb: 2,5 milyonluq cərimə...
- 13 yaşlı oğlan faciəvi şəkildə öldü
- Leyla və Arzu Əliyevalara "Qurani-Kərim” hədiyyə olundu
- Azad edilən bu ərazilərə növbəti köç karvanı yola salındı
- Bu gün Bakının bu rayonlarında qaz olmayacaq
- Bu gün Zərifə Əliyevanın doğum günüdür