Azərbaycanın COP29 sədrliyi çərçivəsində mayın 6-7-də Bakı şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) ekspertləri tərəfindən Paris sazişinə uyğun olaraq Təkmilləşdirilmiş Şəffaflıq Çərçivəsinin (ETF) əsas komponenti olan İkiillik Şəffaflıq Hesabatının (BTR) hazırlanmasına dəstək məqsədilə aidiyyəti dövlət qurumlarının iştirakı ilə təlim keçirilib.
BUTA.TV xəbər verir ki, Azərbaycanın xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev tədbirin açılış mərasimində çıxış edərək, tərəf dövlətlərin, o cümlədən Azərbaycanın İkiillik Şəffaflıq Hesabatlarını təqdim etməsinin COP29 sədrliyinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb. Bununla əlaqədar o, ölkəmizin müvafiq dövlət qurumlarını qısa zamanda Azərbaycanın İkiillik Şəffaflıq Hesabatının hazırlanmasına töhfə verməyə çağırıb.
İkigünlük təlim zamanı UNFCCC katibliyinin nümayəndələri ETF-in əsas elementləri, bu sahədə modallıqlar, prosedurlar və təlimatlar, eləcə də İkiillik Şəffaflıq Hesabatlarının hazırlanması prosesində yeni elektron proqram təminatından istifadə ilə bağlı iştirakçılara məlumat veriblər.
- Məleykə xanım bu xalqdan kimin və nəyin qisasını alır?..
- Ukrayna və İran müharibənin yeni reallığını ortaya çıxardı
- 1677 işçi müqaviləsiz çalışıb: 2,5 milyonluq cərimə...
- 13 yaşlı oğlan faciəvi şəkildə öldü
- Leyla və Arzu Əliyevalara "Qurani-Kərim” hədiyyə olundu
- Azad edilən bu ərazilərə növbəti köç karvanı yola salındı
- Bu gün Bakının bu rayonlarında qaz olmayacaq
- Bu gün Zərifə Əliyevanın doğum günüdür