Başqırdıstanın nəqliyyat və yol təsərrüfatı naziri Aleksandr Klebanov rüşvət alarkən saxlanılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Başqırdıstan Respublikasının başçısının mətbuat xidməti məlumat yayıb.
“Başqırdıstanın rəhbəri Radiy Xabirov öz sərəncamı ilə respublikanın nəqliyyat və yol təsərrüfatı naziri Aleksandr Klebanovu tutduğu vəzifədən azad edib. Nazir hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb, o, xüsusilə külli miqdarda rüşvət almaqda ittiham olunur. Hazırda təhlükəsizlik qüvvələri əməliyyat tədbirləri həyata keçirir”, - məlumatda deyilir.
Qeyd olunur ki, Klebanov 2022-ci ilin dekabrından respublikanın nəqliyyat və yollar naziri vəzifəsində çalışırdı.
- İmişlidə 39 yaşlı qadın facəvi şəkildə öldü
- “Şahdağ” oteli qardaşımındır - Deputat
- Bağça müəllimi bıçağı qızdırıb 3 yaşlı uşağın əlinə basıb? - Video
- Bakıda 1 yaşlı körpə pnevmoniyadan öldü
- Yol polisi piyadalara çağırış etdi
- Emin: Leyla xanımla görüşməyə başlayanda... - VİDEO
- Bu ərazilərdə güclü külək əsir
- Məleykə xanım bu xalqdan kimin və nəyin qisasını alır?..