İranda yaşayan ermənilər erməni dili və məktəblərinə qarşı göstərilən qayğıya görə İranın Təhsil Nazirliyinə təşəkkür edib.
BUTA.TV xəbər verir ki, bunu İran parlamentinin erməni üzvü Qafard Mənsuriyan deyib.
O, İsfahan əyalətinin Təhsil İdarəsinin məsulları ilə keçirdiyi görüşdə erməni məktəblərinə xüsusi qayğı və diqqət göstərildiyini bildirərək, ermənilərin bunu təqdir etdiyini vurğulayıb.
Qeyd edək ki, İran Konstitusiyanın 15-ci maddəsi fars dili ilə yanaşı, digər yerli dillərin məktəblərdə tədrisini nəzərdə tutsa da, 45 il ərzində Azərbaycan türkcəsinin tədrisi ilə bağlı heç bir iş görülməyib. Əvəzində 200 min erməninin öz məktəbləri, mətbu orqanları və s. var.
- İmişlidə 39 yaşlı qadın facəvi şəkildə öldü
- “Şahdağ” oteli qardaşımındır - Deputat
- Bağça müəllimi bıçağı qızdırıb 3 yaşlı uşağın əlinə basıb? - Video
- Bakıda 1 yaşlı körpə pnevmoniyadan öldü
- Yol polisi piyadalara çağırış etdi
- Emin: Leyla xanımla görüşməyə başlayanda... - VİDEO
- Bu ərazilərdə güclü külək əsir
- Məleykə xanım bu xalqdan kimin və nəyin qisasını alır?..