Türkiyə Silahlı Qüvvələri tərəfindən İraqın şimalında 16 PKK terrorçusu zərərsizləşdirilib.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Məlumata görə, Türkiyə təhlükəsizlik qüvvələri həmin terrorçuları İraqın Hakurk, Metina və Gara bölgələrində aşkarlayaraq zərərsizləşdirib. Onların arasında PKK-nın qondarma liderləri də var.
Qeyd edək ki, bu istiqamətdə daha bir əməliyyat Suriyanın şimalında icra olunub. Türkiyə Silahlı Qüvvələri tərəfindən “Zeytun budağı” və “Fərat qalxanı” əməliyyatları bölgəsində aşkarlanan 7 terrorçu zərərsizləşdirilib.
- Vüsal Aslanov yeni rəis təyin etdi - Foto
- Bakıda dağılan körpü yenidən tikiləcək
- Azərbaycanda Göz Bankı açılacaq
- Attestatlarla bağlı mühüm dəyişiklik
- Azərbaycanda bu universitetlər birləşdirilir?
- MİQ üzrə test imtahanı keçiriləcək
- Şagirdlərin 1-ci sinfə elektron qəbuluna başlanılır
- İran “iqlim silahını” məhv etdi, yağış artdı? - Ekoloq