Goranboyda inzibati binalardan birindən oğurluq edən şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Gəncə Regional qrupundan BUTA.TV-a verilən məlumata görə, Goranboy rayonunda yerləşən inzibati binalardan birindən 880 manat dəyərində elektrik avadanlığının oğurlanması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.
"Həyata keçirilən tədbirlərlə cinayəti törətməkdə şübhəli bilinən, binanın mühafizəçisi Elşən Cəlilov saxlanılıb", - məlumatda qeyd olunub.
Faktla bağlı araşdırma davam etdirilir.
- Vüsal Aslanov yeni rəis təyin etdi - Foto
- Bakıda dağılan körpü yenidən tikiləcək
- Azərbaycanda Göz Bankı açılacaq
- Attestatlarla bağlı mühüm dəyişiklik
- Azərbaycanda bu universitetlər birləşdirilir?
- MİQ üzrə test imtahanı keçiriləcək
- Şagirdlərin 1-ci sinfə elektron qəbuluna başlanılır
- İran “iqlim silahını” məhv etdi, yağış artdı? - Ekoloq