ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns təcili olaraq Qətərə gedib.
BUTA.TV xəbər verir ki, bu barədə "Röyters" danışıqların gedişatı ilə tanış olan adı açıqlanmayan bir rəsmiyə istinadən məlumat yayıb.
Məlumata görə, Börns Dohada Qəzza zolağında atəşkəs razılaşmasını müzakirə etmək üçün Baş nazir Şeyx Məhəmməd bin Əbdül Rəhman əl-Tani ilə görüşəcək:
"Börns Qətərin baş naziri ilə fövqəladə görüş üçün Dohaya gedir. Görüşün məqsədi danışıqları davam etdirmək üçün İsrail və HƏMAS-a maksimum təzyiq göstərmək olacaq".
Qeyd edək ki, daha öncə Qəzza zolağında atəşkəsin yaradılması üçün Qahirədə keçirilən danışıqların son raundunun iştirakçıları ciddi irəliləyiş əldə ediblər.
- Şagirdlərin çantalarının yoxlanılması... - Sədr
- Prezident Belarusla bağlı bu qanunu təsdiqlədi
- Prezidentdən ASAN Xidmətlə bağlı fərman
- Prezident bir qrup sahibkarı təltif etdi
- DİN-dən bu reklamlarla bağlı vətəndaşlara xəbərdarlıq - Video
- Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri...
- Vüsal Aslanov yeni rəis təyin etdi - Foto
- Bakıda dağılan körpü yenidən tikiləcək