"İnter Mayami"nin prezidenti Devid Bekhem Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun futbolçusu Kristiano Ronaldonu transfer etmək imkanlarını araşdırır.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, bu barədə jurnalist Əbdüləziz Əl-Osaimi sosial şəbəkələrdə məlumat verib.
O qeyd edib ki, Bekhem Ronaldonu və artıq Mayami komandasında olan Lionel Messini bir klubda birləşdirmək fikrini bəyənir .
Bundan əvvəl Ronaldo 9 il "Real Madrid"də, 3 il isə Turində "Yuventus"da çıxış edib. Portuqaliyalı karyerası ərzində beş dəfə “Qızıl top” qazanıb və beş dəfə Çempionlar Liqasının qalibi olub.
Messi 2023-cü ildən "İnter Mayami"də çıxış edir. O, ora Fransanın PSJ-sindən transfer edilib.
- Prezidentdən ASAN Xidmətlə bağlı fərman
- Prezident bir qrup sahibkarı təltif etdi
- DİN-dən bu reklamlarla bağlı vətəndaşlara xəbərdarlıq - Video
- Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri...
- Vüsal Aslanov yeni rəis təyin etdi - Foto
- Bakıda dağılan körpü yenidən tikiləcək
- Azərbaycanda Göz Bankı açılacaq
- Attestatlarla bağlı mühüm dəyişiklik