Fransa öz xarici legionundan Ukraynaya əsgər göndərib.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə ABŞ müdafiə nazirinin keçmiş köməkçisi Stiven Brayan “Asiya Tayms”dakı məqaləsində yazıb.
O bildirib ki, hazırda həmin hərbi qruplaşma Donbasda döyüşlərə başlayıb.
“Onlar Slavyanskda Ukrayna Silahlı Qüvvələrinin mexanikləşdirilmiş 54-cü briqadasına dəstək məqsədilə yerləşdiriliblər. Həmin legion Donbasda rus ordusuna qarşı döyüşlərə qatılıb”, – o qeyd edib.
Brayan vurğulayıb ki, Moskva Ukraynada əcnəbi əsgərlərin sayının artması ilə barışmayacaq və ağır zərbə endirəcək.
- Prezidentdən ASAN Xidmətlə bağlı fərman
- Prezident bir qrup sahibkarı təltif etdi
- DİN-dən bu reklamlarla bağlı vətəndaşlara xəbərdarlıq - Video
- Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri...
- Vüsal Aslanov yeni rəis təyin etdi - Foto
- Bakıda dağılan körpü yenidən tikiləcək
- Azərbaycanda Göz Bankı açılacaq
- Attestatlarla bağlı mühüm dəyişiklik