Bakının Xətai rayonunda yerləşən Cavanşir yolötürücüsü sökülə bilər.
BUTA.TV xəbər verir ki, bununla bağlı Xəzər TV-də süjet yayımlanıb. Ekspert Yasin Mustafayev deyib ki, bir vaxtlar körpünün tikintisinə zərurət yaxınlıqda yerləşən limana dəmir yolunun çəkilməsi ilə bağlı olub. Həmin ərazidə liman və dəmir yolu ləğv olunub. İndi isə yolötürücü standartdan kənar olmaqla yanaşı, həm də tıxaca səbəb olur.
Həmçinin qeyd olunub ki, 62 il öncə istismara verilmiş körpüdə ötən il yerli və xarici mütəxəssislərin birgə iştirakı ilə təhlükəsizlik məqsədilə sınaqlar aparılıb. Müəyyən edilib ki, yük maşınlarının hərəkəti zamanı aşırım qurğusundakı əyilmə normadan artıqdır. Bu isə qəza riskini artırır.
- Prezidentin medal verdiyi türk və alman iş adamları kimdir?
- Azərbaycanda universitetdə yanğın
- AMEA-nın vəzifəli şəxsi Türkiyədə öldü
- Qanunsuz yerləşdirilən balıq torları yığışdırıldı - Foto
- İlham Əliyev BƏƏ-nin nümayəndə heyətini qəbul etdi
- Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü
- Şagirdlərin çantalarının yoxlanılması... - Sədr
- Prezident Belarusla bağlı bu qanunu təsdiqlədi