Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində dəniz sahilində aşkarlanan yaşyarımlıq uşağa aid meyitin Zeynəb Yeşilə məxsus olduğu müəyyən edilib.
BUTA.TV xəbər verir ki, meyitin əraziyə hansı şəraitdə və kim tərəfindən atıldığı məlum deyil.
Uşağın nənəsi Azadə Abdullayeva Baku Tv-yə deyir ki, atası Z.Yeşili gəzməyə apardığını deyib:
“Amma onları uzun müddət gözləsək də, gəlib çıxmadılar. Atası telefon zənglərimizə də cavab verməyib. Fikirləşdik ki, yəqin acıq edib uşağı dostunun yanına aparıb”.
Nənə ailəiçi söz-söhbətin olmadığını da vurğulayıb: “Onun beynində nə olduğunu isə bilmirik”.
Qeyd edək ki, Z.Yeşil A.Abdullayevanın qızının övladıdır. Qızının əri isə türkdür. Onun sözlərinə görə, qızı Türkiyədə əri ilə dini, rəsmi nikaha girib.
- Ukrayna Permdəki neft obyektlərini yenə vurdu - Video
- Bakının mərkəzi yolları bağlanır
- “Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
- Kliniki Tibbi Mərkəzi kim idarə edir?
- Bakıda "B-04" metrostansiyası bu ərazidə yerləşəcək - Video
- Maliyyə Nazirliyinin kollegiyasının tərkibi genişləndirildi
- Mayın ilk günü hava necə olacaq?
- Bu metro stansiyasının tikintisi təhlükəlidir?