Gələcəkdə Qərb qoşunları Rusiya ilə müharibədə Ukraynaya kömək edə bilər, lakin hələlik onların göndərilməsi məsələsi nəzərdən keçirilmir.
BUTA.TV xəbər verir ki, Finlandiyanın xarici işlər naziri Elina Valtonen “Faynənşl Tayms” qəzetinə müsahibəsində deyib.
“İndi qoşun göndərməyin vaxtı deyil və biz bu mərhələdə bunu müzakirə etmək belə istəmirik. Amma uzunmüddətli perspektivdə, əlbəttə ki, biz heç nəyi istisna etməməliyik”, - deyə o bildirib.
Valtonen Qərb qoşunlarının göndərilməsini ehtimalını ilk açıqlayan Fransa Prezidenti Emmanuel Makronu dəstəkyini ifadə edib.
- Ukrayna Permdəki neft obyektlərini yenə vurdu - Video
- Bakının mərkəzi yolları bağlanır
- “Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
- Kliniki Tibbi Mərkəzi kim idarə edir?
- Bakıda "B-04" metrostansiyası bu ərazidə yerləşəcək - Video
- Maliyyə Nazirliyinin kollegiyasının tərkibi genişləndirildi
- Mayın ilk günü hava necə olacaq?
- Bu metro stansiyasının tikintisi təhlükəlidir?