Ermənistan hakimiyyəti haqqında çoxlu yalanlar yayılır. Onlardan ən diqqət çəkəni hakimiyyətin Tavuş rayonunun 4 kəndini (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızıl Hacılı) Azərbaycana vermək istəməsidir.
BUTA.TV xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Mülki Müqavilə Partiyasının nümayəndələri ilə görüşündə deyib.
“Ermənistanda bu kəndlərə qarşı heç vaxt iddialar olmayıb. Bağanis Ayrımı Tavuş vilayətindəki Bağanis kəndi ilə qarışdırmaq olmaz, çünki Tavuş vilayətində Bağanis kəndi var, o, Ermənistan ərazisidir. Bizim mövqeyimiz ondan ibarətdir ki, Ermənistan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir iddiası yoxdur”, - Paşinyan bildirib.
- Milli Onkologiya Mərkəzində partlayış: ölən var
- Tərbiyə məsələsi mürəkkəbdir, ölçmək çətindir - Nazir
- Heydərov Naxçıvan şəhərində vətəndaşları qəbul etdi
- Bu avtobuslar yenilənir: Gediş haqqı...
- Dəmir yolunda baş verən qəzalar... - Video
- Ukrayna Permdəki neft obyektlərini yenə vurdu - Video
- Bakının mərkəzi yolları bağlanır
- “Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu