Ermənistanda Rusiyaya qarşı mənfi münasibətin dərinləşməsi və Qərb dövlətlərinə inamın artması müşahidə olunur.
BUTA.TV xəbər verir ki, bu barədə “Amerikanın Səsi” Beynəlxalq Respublikaçılar İnstitutunun (IRI) keçirdiyi sorğuya əsasən məlumat yayıb.
Sorğunun nəticələrinə görə, ermənilərin 40%-i Rusiyanı “siyasi təhlükə” hesab edir. Analitiklərin fikrincə, bu, İrəvanla Moskva arasında mövcud böhranı göstərir.
Qeyd edilib ki, 6 il əvvəl ermənilərin cəmi 11%-i Rusiyaya mənfi baxırdı. Son sorğuya görə, bu rəqəm kəskin artaraq 66%-ə çatıb.
96%-in fikrincə, Ermənistanın Fransa ilə münasibətləri çox yaxşıdır və ya bir qədər yaxşıdır və bu göstəriciyə görə Paris birinci yeri tutub.
Ermənilərin 61%-i Fransanı, 56%-i ABŞ-ı, 47%-i İranı, 37%-i AB-ni, 34%-i Rusiyanı, 31%-i Çini ölkənin mühüm siyasi tərəfdaşı hesab edir.
Respondentlərin 50%-nin qənaətinə görə, təhlükəsizlik sahəsində ən mühüm tərəfdaş Fransadır; 46%-i ABŞ, 46%-i İran, 31%-i Rusiya, 28%-i AB-ni mühüm tərəfdaş sayıb.
Respondentlərin 49%-i ölkənin ən mühüm iqtisadi tərəfdaşının İran, 48%-i Rusiya, 40%-i Çin, 34%-i Fransa, 33%-i ABŞ olduğunu qeyd edib.
- Milli Onkologiya Mərkəzində partlayış: ölən var
- Tərbiyə məsələsi mürəkkəbdir, ölçmək çətindir - Nazir
- Heydərov Naxçıvan şəhərində vətəndaşları qəbul etdi
- Bu avtobuslar yenilənir: Gediş haqqı...
- Dəmir yolunda baş verən qəzalar... - Video
- Ukrayna Permdəki neft obyektlərini yenə vurdu - Video
- Bakının mərkəzi yolları bağlanır
- “Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu