Aprelin 2-də Yeni Kaledoniyanın paytaxtı Numea şəhərində Fransa müstəmləkəçiliyinə qarşı növbəti etiraz aksiyası keçiriləcək.
BUTA.TV xəbər verir ki, aksiya "Dəmir Yumruq" şüarı altında baş tutacaq və etiraz mitinqində “Bakı Təşəbbüs Qrupu”nun bayrağı qaldırılacaq.
Qeyd edək ki, Yeni Kaledoniyada avtoxton əhali - Kanak öz hüquqları uğrunda mübarizəni davam etdirir. Son vaxtlarda keçirilən bütün etiraz aksiyalarında Azərbaycana minnətdarlıq əlaməti olaraq Yeni Kaledoniya bayraqları ilə yanaşı, Azərbaycan bayraqları və dövlət başçısı İlham Əliyevin "Dəmir Yumruq" portretini qaldırır.
Martın 28-də baş tutan sonuncu aksiyada etirazçılar Azərbaycanın dövlət atributunu ön cərgədə daşıyıb, tribunaya sancıblar. Hətta bəzi aksiya iştirakçılarının əynindəki köynəklərin üzərində Azərbaycan və kanak bayraqları olub.
- Milli Onkologiya Mərkəzində partlayış: ölən var
- Tərbiyə məsələsi mürəkkəbdir, ölçmək çətindir - Nazir
- Heydərov Naxçıvan şəhərində vətəndaşları qəbul etdi
- Bu avtobuslar yenilənir: Gediş haqqı...
- Dəmir yolunda baş verən qəzalar... - Video
- Ukrayna Permdəki neft obyektlərini yenə vurdu - Video
- Bakının mərkəzi yolları bağlanır
- “Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu