Çox açıq şəkildə, xüsusən də Azərbaycanın yeni, genişmiqyaslı müharibəyə başlamaq üçün səbəblər axtardığı bizə aydın olan bir şəraitdə qeyd etmək vacibdir ki, Ermənistan hökumətinin Tavuş rayonunun 4 kəndi ilə bağlı heç vaxt ambisiyaları olmayıb.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan Artaşat şəhərində partiyadaşları ilə görüşdə danışıb.
“Biz heç vaxt bu kəndlərə iddia etməmişik. Siyasi mövqeyimiz isə belədir: biz ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənar ərazilərə, o cümlədən Azərbaycanın bəhs etdiyi bu kəndlərə iddia etmirik”, – siyasətçi vurğulayıb.
O bildirib ki, Qızıl Hacılı hazırda 100% Azərbaycanın nəzarətindədir.
Paşinyan qeyd edib ki, hökuməti üçün Ermənistan sərhədinin harada olduğunu vurğulamaq çox vacibdir və ümid edir ki, Azərbaycan da bu istiqamətdə addım atacaq.
- Milli Onkologiya Mərkəzində partlayış: ölən var
- Tərbiyə məsələsi mürəkkəbdir, ölçmək çətindir - Nazir
- Heydərov Naxçıvan şəhərində vətəndaşları qəbul etdi
- Bu avtobuslar yenilənir: Gediş haqqı...
- Dəmir yolunda baş verən qəzalar... - Video
- Ukrayna Permdəki neft obyektlərini yenə vurdu - Video
- Bakının mərkəzi yolları bağlanır
- “Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu