Bir müddət əvvəl Yenidən Rifah Partiyasından Suat Pamukçu ayrılaraq bizə üzv oldu. Bir nəfər dedi ki, S.Pamukçu AKP-yə qatılsa nə olacaq? Bizim 250 min üzvümüz var. Bəs sənin AKP üzvlərinin sayından xəbərin varmı? Bizim 11 milyon 500 min üzvümüz var.
BUTA.TV xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Gənclik eşqi ilə yenidən İstanbul” adlı proqramda çıxışı zamanı deyib.
“Belə bir təcrübəsizlik ola bilərmi? Bu o deməkdir ki, o, riyaziyyatı da bilmir, çox naşıdır. Hazırda Türkiyədə üzv sayına görə bizimlə rəqabət apara biləcək partiya yoxdur. Ana müxalifət də daxil olmaqla, hamısını toplayıb bir çuvalın içinə qoyun, bizimlə rəqabət apara bilməzlər”, - Ərdoğan əlavə edib.
- Çörək bahalaşır? - Rəsmi cavab
- Bu maşınlar İçərişəhərə buraxılmayacaq
- Mehdiabaddan Biləcəriyə qədər maşını arxa-arxaya sürdü - Video
- Prezident fərman imzaladı
- Nazir Elşən Məmmədova yüksək vəzifə verdi - Foto
- Lətif Kərimovun 120 illiyi qeyd ediləcək
- Yuriy Petroviç Kamayev "Şöhrət" ordeni ilə təltif edildi
- Samir Şərifov nazirlərlə mühüm iclas keçirdi