2024-cü il üçün birgə tədbirlər planına əsasən, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının nümayəndələri Hərbi Hava Qüvvələrinin (HHQ) "N" hərbi hissəsində olublar.
Müdafiə Nazirliyindən BUTA.TV-a verilən məlumata görə, hərbi hissənin ərazisindəki əsgər yataqxanası, yeməkxana, anbar və digər obyektlərə baxış keçirən nümayəndə heyəti burada şəxsi heyət üçün yaradılan şəraitlə tanış olublar. Həmçinin qonaqlar tibb məntəqəsində tibb xidmətinin təşkili ilə maraqlanıblar.
Sonra aparatın nümayəndələri hərbi qulluqçularla görüşüb, onların hüquqlarının müdafiəsi, insan hüquqlarının qorunması vəziyyətinin öyrənilməsi və digər mövzularda mühazirələrlə çıxış ediblər.
Sonda şəxsi heyəti maraqlandıran suallar cavablandırılıb.
- Çörək bahalaşır? - Rəsmi cavab
- Bu maşınlar İçərişəhərə buraxılmayacaq
- Mehdiabaddan Biləcəriyə qədər maşını arxa-arxaya sürdü - Video
- Prezident fərman imzaladı
- Nazir Elşən Məmmədova yüksək vəzifə verdi - Foto
- Lətif Kərimovun 120 illiyi qeyd ediləcək
- Yuriy Petroviç Kamayev "Şöhrət" ordeni ilə təltif edildi
- Samir Şərifov nazirlərlə mühüm iclas keçirdi