Azərbaycanda ata altı yaşlı oğlunu görmək adıyla götürüb və bir daha geri qaytarmayıb.
BUTA.TV xəbər verir ki, bu barədə Xəzər TV-də yayımlanan “Təsir dairəsi” verilişində məlumat verilib.
Bildirilib ki, dörd aydır axtarışda olan Bəhruz Cabbarov və altı yaşlı oğlu Vəliyəddin Cabbarov tapılıblar.
B.Cabbarov canlı efirə qoşularaq oğlunu oğurladığını etiraf edib.
Atanın spirtli içki və narkotik maddə istifadə etdiyi iddia olunur. Boşanma zamanı məhkəmə isə altı yaşlı Vəliyəddin Cabbarovun himayəsini anasına verib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin yetkinlik yaşına çatmayanlarla işin təşkili şöbəsinin rəis müavini İmran Əliyev bildirib ki, sözügedən şəxs əvvəllər də alimentdən yayınmaya görə axtarışda olub.
Hazırda isə faktla bağlı araşdırma aparılır.
Ətraflı süjetdə:
- Tiktoker ev dustaqlığına buraxıldı
- Görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq
- 400 minlik dələduzluq: Sabiq ekspertin məhkəməsi...
- Çörək bahalaşır? - Rəsmi cavab
- Bu maşınlar İçərişəhərə buraxılmayacaq
- Mehdiabaddan Biləcəriyə qədər maşını arxa-arxaya sürdü - Video
- Prezident fərman imzaladı
- Nazir Elşən Məmmədova yüksək vəzifə verdi - Foto