Qəzzaya görə Əfqanıstan və İraq mövzusunda olduğu kimi ABŞ-la danışıqlar aparılmalıdır.
BUTA.TV xəbər verir ki, bunu İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif ölkənin “Camaran” saytına müsahibəsində deyib.
“İran Əfqanıstan və İraqla bağlı ABŞ-la danışıqlar aparıb və Qəzza barəsində danışıqlarda da birbaşa iştirak etməlidir. Milli maraqlarımız və müqavimətin (İrana bağlı qruplar nəzərdə tutulur – red.) mənafeyi ilə bağlı məsələlərdə iştirak etməliyik”, - Zərif bildirib.
Onun sözlərinə görə, ABŞ və İsrailin bölgədəki nüfuzunu azaltmaq üçün İran İsraildən başqa bütün region ölkələrinə hərbi təcavüz etməmək barədə anlaşma təklif etməlidir.
- Tiktoker ev dustaqlığına buraxıldı
- Görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq
- 400 minlik dələduzluq: Sabiq ekspertin məhkəməsi...
- Çörək bahalaşır? - Rəsmi cavab
- Bu maşınlar İçərişəhərə buraxılmayacaq
- Mehdiabaddan Biləcəriyə qədər maşını arxa-arxaya sürdü - Video
- Prezident fərman imzaladı
- Nazir Elşən Məmmədova yüksək vəzifə verdi - Foto