Azərbaycan və Ermənistan parlamentlər səviyyəsində təmasları davam etdirəcək.
BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin sədri Alen Simonyan Ermənistan İctimai Televiziyasına müsahibəsində bildirib.
“Dedim ki, bu məsələni fraksiyamız və komandamızla müzakirə etməliyəm. O da bu məsələni evdə müzakirə etməyə hazır olduğunu bildirdi və biz növbəti görüş barədə razılığa gəldik”, - Simonyan Azərbaycan MM-in sədri Sahibə Qafarova ilə görüşü haqda danışarkən bildirib.
Onun sözlərinə görə, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə növbəti görüş böyük ehtimalla mayın ortalarında baş tutacaq.
Qeyd edək ki, Qafarova ilə Simonyanın ilk görüşü Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 148-ci Assambleyası çərçivəsində martın 22-də olub.
- Onkologiya mərkəzində partlayış: Cinayət işi açıldı
- Sumqayıtda suyun verilişində fasilə yaranacaq
- Bu ərazidə qaz olmayacaq
- "TurAz Qartalı - 2026" birgə taktiki-uçuş təlimi davam edir
- Bakıda Avropa Kubokunun açılış mərasimi oldu
- Tiktoker ev dustaqlığına buraxıldı
- Görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq
- 400 minlik dələduzluq: Sabiq ekspertin məhkəməsi...