Hazırda Ukraynada 50 mindən çox insan itkin düşüb. Rusiyanın tammiqyaslı işğalından əvvəl bu rəqəm dörd dəfə az idi - təxminən 12 min.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Milli Polisinin rəis müavini Andrey Nebitov məlumat verib.
Onun sözlərinə görə, müharibə şəraitində axtarış işləri çətinləşib.
“Məlumatların toplanması, yoxlanılması və axtarışların həyata keçirilməsi cəbhə xəttində gözlənilməz vəziyyət, dinc şəhərlərə kütləvi hücumlar, insanların miqrasiyası və ərazilərin müvəqqəti işğalı səbəbindən çətinləşir.
Cinayət axtarışında iş yükü artıb, lakin əməliyyatçılar maksimum işləyir və hər bir insan taleyi uğrunda mübarizəni davam etdirirlər”, - Andrey Nebitov qeyd edib.
- Onkologiya mərkəzində partlayış: Cinayət işi açıldı
- Sumqayıtda suyun verilişində fasilə yaranacaq
- Bu ərazidə qaz olmayacaq
- "TurAz Qartalı - 2026" birgə taktiki-uçuş təlimi davam edir
- Bakıda Avropa Kubokunun açılış mərasimi oldu
- Tiktoker ev dustaqlığına buraxıldı
- Görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq
- 400 minlik dələduzluq: Sabiq ekspertin məhkəməsi...