2024-cü ildə nüvə müharibəsi olub dünya dağılmasa, 2025-də yeni düzən üçün masa qurulacaq, dünyanın yenidən bölüşdürülməsi baş verəcək, şükür Allaha ki, biz artıq o masanan üzərində bölünənlərdən olmayacağıq, amma militarist, psevdo-vətənpərvər və populist hisslərə qapılsaq, masanın ətrafında yer alacağımız yerdə, alver predmeti ola bilərik. Səhv etmək olmaz, “hanı kəndlərimiz” deyən, sinə döyənləri boş verin, kəndlər də qayıdacaq, o masada udanlardan biri də biz olacağıq, bunun üçün indiki zaman kəsimində alət olmamaq yetərlidir - əminəm ki, bunu iqtidar məndən də yaxşı bilir.
BUTA.TV xəbər verir ki, bu sözləri ReAL İH üzvü Natiq Cəfərli qeyd edib.
O bildirib ki, cəmiyyət olaraq, “kəndlərimiz hey” deyənlərə, müharibə zəngləri çalanlara təpki göstərməliyik:
“Ən qəribəsi budur ki, "kəndlər" deyib sinə döyənlər arasında cəmi 1 il əvvəl “hanı Xankəndi, Xocalı, Xocavənd” deyib, yalançı vətənpərvərlik edən marginal qrupun nümayəndələri də var – heç ağıllanmadılar, cəmi 1 il əvvəl Xankəndi və ətrafını siyasi alətə çevirmək istəyirdilər, üzlərinə bulaşdı, indi də eyni səhvi təkrar edirlər.
Kəndlərimiz, hər qarış Vətən torpağı da qayıdacaq, bunun üçün davamlı sülh çağırışları, səbir, ağıllı siyasətin davamı və gələn il qurulacaq masada Türkiyə ilə birgə oturmaq kifayətdir”.
- Onkologiya mərkəzində partlayış: Cinayət işi açıldı
- Sumqayıtda suyun verilişində fasilə yaranacaq
- Bu ərazidə qaz olmayacaq
- "TurAz Qartalı - 2026" birgə taktiki-uçuş təlimi davam edir
- Bakıda Avropa Kubokunun açılış mərasimi oldu
- Tiktoker ev dustaqlığına buraxıldı
- Görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq
- 400 minlik dələduzluq: Sabiq ekspertin məhkəməsi...