Türkiyədən Qəzza zolağına səkkizinci humanitar yardım gəmisi göndərilib.
BUTA.TV xəbər verir ki, göyərtəsində yerləşdirilən 2 min 960 tonluq humanitar yardım vasitəsini Qəzzaya çatdıracaq gəmi Mersin Beynəlxalq limanından yola düşüb. Yardımlar Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) ilə Vəqflər Baş İdarəsi tərəfindən hazırlanıb.
Qeyd edək ki, Türkiyə indiyədək Qəzzaya 13 təyyarə və yeddi gəmi vasitəsilə 39 min 607 ton humanitar yardım göndərib. Yardımlara gigiyena, geyim və qida məhsulları ilə yanaşı, səkkiz səhra xəstəxanası, 53 təcili yardım maşını, 242 ton tibbi ləvazimat da daxildir.
- Onkologiya mərkəzində partlayış: Cinayət işi açıldı
- Sumqayıtda suyun verilişində fasilə yaranacaq
- Bu ərazidə qaz olmayacaq
- "TurAz Qartalı - 2026" birgə taktiki-uçuş təlimi davam edir
- Bakıda Avropa Kubokunun açılış mərasimi oldu
- Tiktoker ev dustaqlığına buraxıldı
- Görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq
- 400 minlik dələduzluq: Sabiq ekspertin məhkəməsi...