Latviyanın xarici işlər naziri Krişyanis Karinş istefa verib.
BUTA.TV xəbər verir ki, məlumatı “rus.lsm.lv” portalı yayıb.
Bildirilib ki, o, aprelin 10-da vəzifəsini tərk edəcək.
Məlumata görə, K.Karinş Latviyanın Baş naziri Evika Silina ilə görüşdən sonra vəzifəsini tərk edəcəyini açıqlayıb.
Latviya Seymi (parlament) aprelin 11-də yeni xarici işlər nazirinin namizədliyi ilə bağlı səsvermə keçirəcək.
Qeyd edək ki, nazirin istefası Latviya nümayəndə heyətinin və K.Karinşin Avropa Birliyinin (AB) konfranslarında iştirakı üçün təyyarə uçuşları ilə bağlı böyük maliyyə vəsaitinin xərclənməsi ilə əlaqədardır. Bu xərclər dövlət büdcəsindən və AB büdcəsindən maliyyələşdirilib. Nəticədə Latviya Baş Prokurorluğu araşdırmalara başlayıb.
Xatırladaq ki, K.Karinş 2023-cü ilin sentyabrında xarici işlər naziri vəzifəsinə təyin edilib. O, 2019-2023-cü illərdə Latviyanın Baş naziri olub.
- Onkologiya mərkəzində partlayış: Cinayət işi açıldı
- Sumqayıtda suyun verilişində fasilə yaranacaq
- Bu ərazidə qaz olmayacaq
- "TurAz Qartalı - 2026" birgə taktiki-uçuş təlimi davam edir
- Bakıda Avropa Kubokunun açılış mərasimi oldu
- Tiktoker ev dustaqlığına buraxıldı
- Görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq
- 400 minlik dələduzluq: Sabiq ekspertin məhkəməsi...