Təbrizin tarixi bazarında fəaliyyət göstərən restoran və kafelərin bağlanması iş adamları və yerli əhalinin etirazlarına səbəb olub.
BUTA.TV xəbər verir ki, bu barədə Təbrizin "Azərəncümən" nəşri məlumat yayıb.
Bildirilib ki, yaz bayramı günlərində iş yerlərinin bağlanması şəhərə qonaq gələn turistləri də narazı salıb.
Restoranların Ramazan ayı qaydalarını pozduqları bəhanəsi ilə fəaliyyətlərinin qadağan edildiyi bildirilib.
“İsfahan, Kaşan və Şiraz kimi şəhərlərdə kafe və restoranların eyni qaydada fəaliyyət göstərdiyi halda Təbrizdəki kafe və restoranların fəaliyyət icazələrinin ləğv edilməsi düşündürücüdür”, - deyə qeyd olunub.
- Onkologiya mərkəzində partlayış: Cinayət işi açıldı
- Sumqayıtda suyun verilişində fasilə yaranacaq
- Bu ərazidə qaz olmayacaq
- "TurAz Qartalı - 2026" birgə taktiki-uçuş təlimi davam edir
- Bakıda Avropa Kubokunun açılış mərasimi oldu
- Tiktoker ev dustaqlığına buraxıldı
- Görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq
- 400 minlik dələduzluq: Sabiq ekspertin məhkəməsi...