Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsi ilə bağlı işə qəbul müsabiqəsinə dair təkrar müsahibəyə martın 29-da start veriləcək.
BUTA.TV xəbər verir ki, bu barədə İdarədən məlumat verilib.
Qeyd edilib ki, təkrar müsahibədə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsi üzrə işə qəbul müsabiqəsinin müsahibə mərhələsində 2 - 2.99 bal nəticə toplayan və təlimə cəlb edilən namizədlər iştirak edəcəklər.
Müsahibə nəticələrinin qiymətləndirilməsi 5 ballıq şkala əsasında aparılacaq. Nəticələr barədə məlumatlar namizədlərin qeydiyyatdan keçdiyi mobil nömrəyə SMS vasitəsilə göndəriləcək.
Müsahibə zamanı namizədlərin vəzifə üzrə nəzəri bilikləri, idarəetmə bacarıqları və fərdi səriştələri nəzərə alınacaq.
Qeyd edək ki, təkrar müsahibədə uğur qazanan namizədlər müvafiq vakant yerlərə təyin olunacaq və ya kadr ehtiyat siyahısına daxil ediləcəklər.
- Onkologiya mərkəzində partlayış: Cinayət işi açıldı
- Sumqayıtda suyun verilişində fasilə yaranacaq
- Bu ərazidə qaz olmayacaq
- "TurAz Qartalı - 2026" birgə taktiki-uçuş təlimi davam edir
- Bakıda Avropa Kubokunun açılış mərasimi oldu
- Tiktoker ev dustaqlığına buraxıldı
- Görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq
- 400 minlik dələduzluq: Sabiq ekspertin məhkəməsi...