Moskva Cümə Məscidində bugünkü iftar “Krokus Siti Holl”da terror aktı zamanı həlak olanların ruhuna dua ilə başlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə məlumatı TASS yayıb.
Rusiya Müftilər Şurası sədrinin birinci müavini, Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin sədr müavini Rövşən (Ruşan) Abbasov dünyasını dəyişənlərə rəhmət, ailələrinə və yaxınlarına səbr diləyib, teraktı pisləyib.
İftarda Rusiya qəhrəmanları Rail Qabdrahmanov, Rafiq İxsanov, Ənvər Nəbiyev və Sergey Tulin, veteranlar, xüsusi hərbi əməliyyat iştirakçıları və onların ailə üzvləri, Rusiya Federasiyası Prezident Administrasiyasının, Rus Pravoslav Kilsəsinin nümayəndələri, Vətən Fondu, Dövlət Dumasının deputatları iştirak edib.
- İbad Hüseynov Xankəndidə restoran açdı
- Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi ucaldıldı - Foto
- Azərbaycanda həyəcan: heyrətamiz dərəcədə azalma...
- Prezidentin təltif etdiyi şəxs kimdir? - Dosye
- Onkologiya mərkəzində partlayış: Cinayət işi açıldı
- Sumqayıtda suyun verilişində fasilə yaranacaq
- Bu ərazidə qaz olmayacaq
- "TurAz Qartalı - 2026" birgə taktiki-uçuş təlimi davam edir