“Crocus Group” şirkətinin prezidenti Araz Ağalarov və oğlu Emin Ağalarov “Crocus City Hall”da baş verən terror aktı zamanı zərərçəkənlərə yardım üçün Müslüm Maqomayev Fonduna 100 milyon rubl göndərib.
“BUTA TV” xəbər verir ki, bu barədə şirkətin saytında məlumat verilib. Bildirilib ki, vəsait xəsarət alanların ailələrinə müalicə, bərpa, reabilitasiya və digər ehtiyaclarını ödəmək üçün yönəldilib. Şirkət həmçinin qeyd edib ki, Müslüm Maqomayev Fondu da həlak olanların ailələrinə təcili və uzunmüddətli yardım üçün vəsait toplamağa başlayıb.
Yaxın vaxtlarda ianə toplanışında iştirak etmək istəyənlərin müraciətlərinə baxılması üçün “Çağrı mərkəzi” fəaliyyətə başlayacaq və vəsaitin xərclənməsi ilə bağlı hesabatlar fondun internet saytında dərc olunacaq.
Məlumata görə, artıq bir çox sənət adamları, Ağalarovlar ailəsinin dostları və şirkətin biznes tərəfdaşları öz töhfələrini verəcəklərini bildiriblər.
- İbad Hüseynov Xankəndidə restoran açdı
- Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi ucaldıldı - Foto
- Azərbaycanda həyəcan: heyrətamiz dərəcədə azalma...
- Prezidentin təltif etdiyi şəxs kimdir? - Dosye
- Onkologiya mərkəzində partlayış: Cinayət işi açıldı
- Sumqayıtda suyun verilişində fasilə yaranacaq
- Bu ərazidə qaz olmayacaq
- "TurAz Qartalı - 2026" birgə taktiki-uçuş təlimi davam edir