“Krokus Group” holdinqi tərəfindən Moskva vilayətində yaradılan üç “Vegas” ticarət və əyləncə mərkəzi martın 26-dan etibarən fəaliyyətini bərpa edəcək.
BUTA.TV xəbər verir ki, bu barədə TRK şəbəkəsi özünün Teleqram kanalında məlumat yayıb.
““Vegas”ın bütün ticarət və əyləncə mərkəzləri martın 26-dan etibarən ziyarətçilərin üzünə açılacaq. Sizi hər gün gözləyirik!” - mesajda deyilir.
Qeyd edək ki, söhbət “Krokus Group” holdinq şirkətinin üç ticarət mərkəzindən – “Vegas Kuntsevo”, “Vegas Kashirskoye” və “Vegas Krokus Siti”dən gedir. Sonuncu terror aktının baş verdiyi konsert zalının yanında yerləşir. “Krokus Siti Holl” kimi “Vegas” ticarət və əyləncə kompleksləri şəbəkəsi də “Krokus Group” holdinq şirkəti tərəfindən yaradılıb.
- Sumqayıtda mühüm konfrans keçirildi - Foto
- Partlayışda ağır yaralanan həkim kimdir? - Foto
- Həftəsonu Bakıda bəzi yollar təmirə bağlanacaq
- İbad Hüseynov Xankəndidə restoran açdı
- Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi ucaldıldı - Foto
- Azərbaycanda həyəcan: heyrətamiz dərəcədə azalma...
- Prezidentin təltif etdiyi şəxs kimdir? - Dosye
- Onkologiya mərkəzində partlayış: Cinayət işi açıldı