ABŞ-a məxsus 2 ədəd B-1B tipli strateji bombardmançı təyyarəsi Rusiya hava məkanını pozmaq istəyib.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Rusiya tərəfindən hər hansı pozuntunun qarşısını almaq üçün MiQ-31 döyüş təyyarəsi əraziyə göndərilib. MiQ-31 qırıcısını görən strateji bombardmançı təyyarələr uçuş marşrutlarını tənzimləyərək bölgədən uzaqlaşıblar. Rusiyanın dövlət sərhədi pozulmayıb. Rusiya döyüş təyyarəsinin manevrləri neytral sular üzərində hava məkanından istifadəyə dair beynəlxalq qaydalara tam uyğun və təhlükəsizlik tədbirlərinə riayət edilməklə həyata keçirilib”, - məlumatda bildirilib.
- Sumqayıtda mühüm konfrans keçirildi - Foto
- Partlayışda ağır yaralanan həkim kimdir? - Foto
- Həftəsonu Bakıda bəzi yollar təmirə bağlanacaq
- İbad Hüseynov Xankəndidə restoran açdı
- Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi ucaldıldı - Foto
- Azərbaycanda həyəcan: heyrətamiz dərəcədə azalma...
- Prezidentin təltif etdiyi şəxs kimdir? - Dosye
- Onkologiya mərkəzində partlayış: Cinayət işi açıldı