“Krokus Siti Holl”un konsert zalının bərpa edilməsi planlaşdırılır.
BUTA.TV xəbər verir ki, bu barədə 22 martda teraktın baş verdiyi kompleksin sahibi olan "Krokus İnterneşnl” şirkətinin mətbuat xidməti məlumat yayıb.
"Terrorçuların qurbanı olanları heç vaxt unutmayacağıq. Onların çirkli əlləri ilə dağıdılanlar bərpa olunacaq”, - məlumatda bildirilib.
Şirkət ailəsini və yaxınlarını itirən hər kəsə başsağlığı verib.
Həmçinin faciə zamanı “peşəkar, aydın və qəhrəmancasına” hərəkət edərək qonaqların və əməkdaşların həyatını xilas edən konsert zalı komandasına xüsusi minnətdarlıq ifadə olunub.
Qeyd edək ki, 22 martda “Krokus Siti Holl”da baş verən terror aktı nəticəsində 133 nəfər (qeyri-rəsmi 150 nəfər) ölüb, 154 nəfər yaralanıb.
- Sumqayıtda mühüm konfrans keçirildi - Foto
- Partlayışda ağır yaralanan həkim kimdir? - Foto
- Həftəsonu Bakıda bəzi yollar təmirə bağlanacaq
- İbad Hüseynov Xankəndidə restoran açdı
- Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi ucaldıldı - Foto
- Azərbaycanda həyəcan: heyrətamiz dərəcədə azalma...
- Prezidentin təltif etdiyi şəxs kimdir? - Dosye
- Onkologiya mərkəzində partlayış: Cinayət işi açıldı